“Bu, mənim Azərbaycana ilk səfərimdir. Azərbaycana gəldiyim üçün çox məmnunam. İnanıram ki, əlaqələrimiz mütəmadi şəkildə inkişaf edəcək. Azərbaycan-Monteneqro əlaqələri parlamentlər səviyyəsində də inkişaf edir".
“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Monteneqro parlamentinin sədri Aleksa Beçiç deyib.
Aleksa Beçiç söyləyib: “Bu əlaqələrin bir çox digər istiqamətlərdə də inkişafı üçün imkanlar var. Ölkələrimiz arasında əlaqələr yeni qurulsa da, inanırıq ki, bu münasibətlər daha da inkişaf edəcək. Bizim bu səfərdən gözləntilərimiz çoxdur”.