"Almaniya Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasını dəstəkləməyə hazırdır".
“Report” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts “Azərbaycanda bərpa olunan enerji” mövzusuna həsr olunan Alman-Azərbaycan Davamlı İnkişaf Forumunda bildirib.
O deyib ki, uzun illərdən sonra Azərbaycan və bütün region dayanıqlı sülhə nail ola bilər və Almaniya buna öz töhfəsini verməyə hazırdır.
H.Şvartsın sözlərinə görə, Ukraynadakı müharibə təkcə malların tədarükünə təsir etmək və böhrana səbəb olmaqla kifayətlənməyib, həm də sülhün necə dəyərli olduğunu göstərib.