Almaniyanın Azərbaycandakı səfiri Holokost qurbanlarının xatirəsini yad edib

Almaniyanın Azərbaycandakı səfiri Holokost qurbanlarının xatirəsini yad edib “Heç vaxt yetərincə iş görə bilməyəcəyimizi və yalnız qısa müddətlik təqsirsizlik hissi keçirəcəyimizi bilərək ölümləri, qurbanları, çəkilən əzabları, itkin düşən nəsilləri xatırlayırıq".
Xarici siyasət
27 Yanvar , 2021 11:59
Almaniyanın Azərbaycandakı səfiri Holokost qurbanlarının xatirəsini yad edib

“Osvintsim konslageri 76 il əvvəl məhz bu tarixdə Qızıl Ordu tərəfindən azad edilib. Almanların idarə etdiyi qeyri-insani qətl və vəhşilik maşını o gündən fəaliyyətini dayandırıb”.

“Report” xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Twitter” səhifəsində yazıb.

“Heç vaxt yetərincə iş görə bilməyəcəyimizi və yalnız qısa müddətlik təqsirsizlik hissi keçirəcəyimizi bilərək ölümləri, qurbanları, çəkilən əzabları, itkin düşən nəsilləri xatırlayırıq. Varsa, bu gün çıxarılmalı dərs belə ola bilər: gəlin insan olaq, ayıq olaq”, - o bildirib.

Qeyd edək ki, 27 yanvar Beynəlxalq Holokost Qurbanlarını Anma Günü kimi qeyd olunur. Bu tarix beynəlxalq səviyyədə 2006-cı ildə qəbul edilib. 1945-ci il yanvarın 27-də Sovet qoşunları 1941-1945-ci illərdə ərazilərində təxminən 1,4 milyon insanın öldürüldüyü almanların toplama və ölüm düşərgələri kompleksi olan Osventsimi və ya Auşvitsi azad edib.

Son xəbərlər

Orphus sistemi