Asiya zəngin bölgəyə sahib olsa da, öz potensialından tam istifadə etmir.
"Report" xəbər verir ki, bu fikirləri Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının sədri Abdulkadir Emin Önen fevralın 22-də Bakıda keçirilən APA-nın 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təbii sərvətlərdən bəhrələnərək sənaye sahəsinin inkişafına diqqət edilməlidir: "Misal olaraq, mədən sənayesi inkişaf etsə, daha yaxşı olar. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hərtərəfli inkişaf lazımdır. Bu inkişaf da məhz sülh və sabitliyin təmin edilməsində istifadə olunur".
O qeyd edib ki, ümumilikdə, son dövrlər baş verən münaqişələrə son qoyulmalı və humanitar yardım əsas tələb kimi qarşıda durmalıdır: "Münaqişə nəticəsində dünyanın beynəlxalq hüquq normaları pozulur və ABŞ buna göz yumur: "Yüksək humanitar dəyərlər bir sıra ölkələr tərəfindən istismar olunmamalıdır".