APA İcraedici Şurasının sədri: Asiya zəngin bölgə olsa da, öz potensialından tam istifadə etmir

APA İcraedici Şurasının sədri: Asiya zəngin bölgə olsa da, öz potensialından tam istifadə etmir Asiya zəngin bölgəyə sahib olsa da, öz potensialından tam istifadə etmir.
Xarici siyasət
22 Fevral , 2024 16:02
APA İcraedici Şurasının sədri: Asiya zəngin bölgə olsa da, öz potensialından tam istifadə etmir

Asiya zəngin bölgəyə sahib olsa da, öz potensialından tam istifadə etmir.

"Report" xəbər verir ki, bu fikirləri Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının sədri Abdulkadir Emin Önen fevralın 22-də Bakıda keçirilən APA-nın 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təbii sərvətlərdən bəhrələnərək sənaye sahəsinin inkişafına diqqət edilməlidir: "Misal olaraq, mədən sənayesi inkişaf etsə, daha yaxşı olar. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hərtərəfli inkişaf lazımdır. Bu inkişaf da məhz sülh və sabitliyin təmin edilməsində istifadə olunur".

O qeyd edib ki, ümumilikdə, son dövrlər baş verən münaqişələrə son qoyulmalı və humanitar yardım əsas tələb kimi qarşıda durmalıdır: "Münaqişə nəticəsində dünyanın beynəlxalq hüquq normaları pozulur və ABŞ buna göz yumur: "Yüksək humanitar dəyərlər bir sıra ölkələr tərəfindən istismar olunmamalıdır".

Son xəbərlər

Orphus sistemi