APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib “Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”.
Xarici siyasət
5 Avqust , 2022 14:55
APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

“Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”.

“Report”un məlumatına görə, bunu Böyük Britaniya parlamentinin iki palatasının deputatları və perlərindən ibarət qeyri-formal partiyalararası qrup (APPG) tviter səhifəsində yazıb.

“APPG bu hücumu pisləyir. Səfirliyin əməkdaşlarının təhlükəsizliyinə real təhdid olmasına baxmayaraq, onların zərər görməməsinə görə şadıq. Bu vəziyyəti nizama salan polisə də təşəkkür edirik”, - APPG bildirib.

Qeyd edək ki, APPG Böyük Britaniya və Azərbaycan arasında parlamentlərarası əlaqələri təşviq etmək məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi