Ararat Mirzoyan: “Müzakirə platformaları arasında fərq qoymuruq”

Ararat Mirzoyan: “Müzakirə platformaları arasında fərq qoymuruq” “Biz müzakirə platformaları arasında fərq qoymuruq”.
Xarici siyasət
22 Avqust , 2023 14:06
Ararat Mirzoyan: “Müzakirə platformaları arasında fərq qoymuruq”

“Biz müzakirə platformaları arasında fərq qoymuruq”.

“Report” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 22-də İrəvanda belçikalı həmkarı Hadija Labib ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İrəvan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır: “Əldə olunan razılaşmaların tətbiqi bizim üçün vacibdir. Təəssüf ki, bəzən əldə olunan razılaşmalar həyata keçmir”.

Son xəbərlər

Orphus sistemi