Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentlikləri İşçi Qrupunun beşinci iclası keçirilib.
“Report” xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.
İclasda müvafiq qurumların ekspertləri iştirak ediblər. Onlar TDT çərçivəsində ortaq kub peykin layihəsinin detallarını müzakirə ediblər. İştirakçılar layihənin texniki detalları ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin, məsələ ilə bağlı ortaq “yol xəritəsi"nin hazırlanması barədə razılıq əldə olunub.
Toplantı çərçivəsində üzv və müşahidəçi dövlətlərdən olan ekspertlər Qazaxıstanda kosmik sənaye sahəsində həyata keçirilən işlərlə də tanış olublar.