Avropa İttifaqı (Aİ) Azərbaycandan səyahətlərə icazə verib.
“Report” “Politico” nəşrinə istinadən xəbər verir ki, quruma üzv ölkələrin səfirlərinin bu gün keçirilən toplantısında 11 ölkənin Aİ-nin təsdiqlənmiş səyahət siyahısına daxil edilməsinə qərar verilib.
Siyahıda Azərbaycan, Kanada, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı yer alıb.
Ötən il Aİ koronavirus pandemiyası səbəbindən ittifaqa daxil olmayan ölkələrdən qeyri-vacib səyahətlərə qadağa qoyub.