“Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulan iqtisadi yardım paketi hazırlayıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının Qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli deyib.
Onun sözlərinə görə, sənəd dekabrın 15-də keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində təqdim olunacaq: “Ümid edirik ki, sammitdə “Şərq tərəfdaşlığı” ölkələrinin böhrandan sonra iqtisadiyyatların bərpasına kömək edəcək önəmli paketimiz olacaq. Lakin vəzifə ondan ibarətdir ki, islahatlar həyata keçirilsin, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə aparılsın və qanunun aliliyi təşviq edilsin”.