“Avropa Şurası (AŞ) qadınların hüquqlarının müdafiəsi və məişət zoraklığına qarşı mübarizə mövzusunda Azərbaycan ilə əməkdaşlıq edir”.
"Report" xəbər verir ki, bu fikirləri AŞ-nin Baş katibi Mariya Peyçinoviç-Buriç "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə onlayn-çıxışı zamanı bildirib.
“Qadınlara qarşı zorakılıq daim müzakirə mövzumuz olmalıdır. Hər bir dövlət, hər bir təşkilat daim zorakılıqla mübarizə aparmalıdır. Azərbaycanm bu istiqamətdə müsbət addımlar atır”, - o deyib.
Şuranın Baş katibi Azərbaycanın qadınların hüquqlarının müdafiəsi və məişət zoraklığına qarşı mübarizə mövzusunda müxtəlif layihələr həyata keçirdiyini nəzərə çatdırıb.
M.Peyçinoviç-Buriç İstanbul Konvensiyasının qəbul edilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu konvensiyanı ratifikasiya etmiş ölkələr qadınlara qarşı zorakılıqla mübarizə sahəsində irəli böyük addım atıb: "Ümid edirik ki, Azərbaycan da İstanbul Konvensiyasını ratifikasiya edəcək”.