Elman Abdullayev: Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır

Elman Abdullayev: Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır.
Xarici siyasət
24 İyul , 2024 16:25
Elman Abdullayev: Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır

Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil edilən “Afrikada Ümumdünya İrs Strategiyasının həyata keçirilməsi” mövzusu ətrafında müzakirələr zamanı deyib.

"Afrikanın zəngin irsinin qorunmasının vacibliyini nəzərə alaraq Azərbaycan Afrika Ümumdünya İrs Fonduna maliyyə yardımı edib və biz Afrika Ümumdünya İrs Fonduna dəstəyimizi davam etdirməyi planlaşdırırıq", - diplomat qeyd edib.

E.Abdullayev vurğulayıb ki, Afrikanın sadiq dəstəkçisi kimi Azərbaycan hər zaman UNESCO-nun Prioritet Afrika ilə bağlı təşəbbüslərini dəstəkləyib:

"Azərbaycan Afrikada potensialın gücləndirilməsi fəaliyyətinə xüsusi diqqət yetirir".

Son xəbərlər

Orphus sistemi