Azərbaycan Baş nazirinin birinci müavini Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib

Azərbaycan Baş nazirinin birinci müavini Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib Moskvada iyunun 21-də MDB İqtisadi Şurasının iclası baş tutub, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektrli məsələləri nəzərdən keçirilib.
Xarici siyasət
21 İyun , 2024 15:12
Azərbaycan Baş nazirinin birinci müavini Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib

Moskvada iyunun 21-də MDB İqtisadi Şurasının iclası baş tutub, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektrli məsələləri nəzərdən keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas iştirakçıları MDB-yə üzv dövlətlərin iqtisadiyyatlarının 2023-cü il üçün inkişafı üzrə əsas məqsədli makroiqtisadi göstəricilər haqqında məlumatları dinləyiblər.

İqtisadi Şuranın növbəti iclasının 2024-cü il sentyabrın 20-də Moskvada keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi