Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan və Rusiya Nazirlər Kabineti sədrinin müavini Aleksey Overçuk fevral ayı ərzində görüşəcək.
“Report” xəbər verir ki, bunu “Sputnik Armeniya”ya Ermənistan baş nazirinin müavini Mqer Qriqroyanın ofisindən bildiriblər.
Bildirilib birinci yarım qrupa Ərazi idarəetmə və infrastruktur Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, ikinci yarımqrupa isə Dövlət Gəlirlər Komitəsi, Qida və Ərzaq Təhlükəsizliyi Müfəttişliyi, iqtisadiyyat və Xarici İşlər nazirlikləri, Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri daxil olacaq.
Qeyd edək ki, baş nazirlərin müavinlərinin birinci görüşü yanvarın 30-da Moskvada keçirilib.