Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri Laşa Darsaliya Gürcüstan xarici işlər nazirinin I müavini təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
L.Darsaliya 2018-ci ildən XİN başçısının müavini idi. Onun yerinə 1998-ci ildən diplomatik xidmətdə müxtəlif vəzifələrdə çalışmış Teymuraz Cancaliya təyinat alıb.