Azərbaycan Xarici İşlər Nazirliyi Meksikanı Müstəqillik Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, nazirliyin “Twitter” səhifəsindən paylaşılan yazıda qeyd olunur:
“Müstəqillik Günü münasibətilə Meksika Birləşmiş Ştatlarının dost xalqına ən hərarətli təbriklərimizi, sülh və rifah arzularımızı çatdırırıq.
Müstəqillik Günün mübarək olsun, Meksika!”