Azərbaycan MSK-nın üzvləri Gürcüstanda yerli seçkiləri müşahidə edəcəklər

Azərbaycan MSK-nın üzvləri Gürcüstanda yerli seçkiləri müşahidə edəcəklər Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Gürcüstanda oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkiləri izləmək üçün müşahidəçilər göndərəcək.
Xarici siyasət
9 Sentyabr , 2021 11:51
Azərbaycan MSK-nın üzvləri Gürcüstanda yerli seçkiləri müşahidə edəcəklər

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Gürcüstanda oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkiləri izləmək üçün müşahidəçilər göndərəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan MSK-nın rəsmi saytında yerləşdirilib.

MSK-nın iki üzvü beynəlxalq müşahidəçi kimi artıq qeydiyyata alınıb.

Qeyd edək ki, yerli seçkilərdə Gürcüstan vətəndaşları 64 mer və 64 yerli məşvərətçi orqan olan sakrebuloya 2 044 deputat seçəcəklər.

Son xəbərlər

Orphus sistemi