Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən üçüncü sessiyasınd
Xarici siyasət
28 Noyabr , 2023 18:28
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən üçüncü sessiyasında iştirak edir.

Bu barədə "Report"a Komitədən bildirilib.

Sessiya çərçivəsində dünya üzrə insanyönümlü “ağıllı” şəhərlərə dair tövsiyə xarakterli beynəlxalq təlimat sənədinin tərtib edilməsi və “UN-Habitat”ın 2026-2029-cu illəri əhatə edəcək strateji planının hazırlanması istiqamətində yol xəritələrinin icrası müzakirə edilir.

Son xəbərlər

Orphus sistemi