Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə komissiyasının dəvəti əsasında həmin ölkənin paytaxtı Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, səfər iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədini daşıyır. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, ikitərəfli Memorandumun imzalanması gözlənilir.