Azərbaycan-Pakistan birgə hərbi təlimləri və əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Pakistan birgə hərbi təlimləri və əməkdaşlığı müzakirə edilib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Asim Munirlə görüşüb.
Xarici siyasət
31 May , 2024 02:33
 Azərbaycan-Pakistan birgə hərbi təlimləri və əməkdaşlığı müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Qərargah rəisi, general Asim Munirlə görüşüb.

“Report” xəbər verir ki, Ceyhun Bayramov bu barədə “X”dəki səhifəsində yazıb.

“Qardaş Pakistan Ordusunun Baş Qərargah rəisi general Asim Munir ilə çox məzmunlu söhbət apardıq. Azərbaycan-Pakistan münasibətləri, o cümlədən birgə hərbi təlimlər və əməkdaşlıq haqqında ətraflı danışdıq”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Azərbaycan XİN isə "X"dəki səhifəsində bildirib ki, tərəflər regional təhlükəsizlik sahəsində vəziyyəti və müdafiə sektorunda əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşüb. Görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.

Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi