Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.
Xarici siyasət
21 Sentyabr , 2024 11:16
Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
İlham Əliyev

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.

"Report" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Malta Prezidenti xanım Miriam Spiteri Debonoya bu ölkənin müstəqilliyinin 60-cı ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda Malta Prezidentinə və xalqına ən xoş arzularını çatdıran dövlət başçısı əlavə edib: “İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələr arasında münasibətlər birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcək”.

Son xəbərlər

Orphus sistemi