Azərbaycan səfiri ABŞ Komissiyasının fəaliyyətindəki siyasi korrupsiya barədə dəlilləri təqdim edib

Azərbaycan səfiri ABŞ Komissiyasının fəaliyyətindəki siyasi korrupsiya barədə dəlilləri təqdim edib Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dai
Xarici siyasət
5 Dekabr , 2023 23:27
Azərbaycan səfiri ABŞ Komissiyasının fəaliyyətindəki siyasi korrupsiya barədə dəlilləri təqdim edib

Azərbaycanın ABŞ-dəkı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.

“Report” xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünən ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.

Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-də dini tolerantlığın pisləşməsi fonunda köməyimizi təklif etdim”, - səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi