“Ermənistanın minalara xroniki aludəçiliyi bütün razılaşmalara və əsas insani dəyərlərə ziddir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb.
“Onun yalnız bir məqsədi var - mülki insanları öldürmək və sülh danışıqlarındakı irəliləyişə zərbə vurmaq! Qonşu torpağının qanunsuz işğalı kimi, Ermənistan pis, köhnə vərdişlərindən əl çəkməlidir”, - diplomat qeyd edib.