Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Tanışlıq xarakteri daşıyan görüşdə ölkələr arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib.
Görüşdə regional təhlükəsizlik, iki ölkənin hüquq mühafizə orqanları arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, həmçinin gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.