"Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ilk dəfədir təşkil olunur və gələcəkdə hər il keçiriləcək".
"Report" xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib.
O bildirib ki, forum iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək: "Bu məqsədlə gələn ildən hər il Azərbaycan və Türkiyədə belə forum keçiriləcək".