“İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin toplantısı yaxın zamanlarda İranda keçiriləcək”.
“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyənin Qafqaz mövzusundakı əməkdaşlığı bölgə ölkələri və xalqları üçün faydalı olacaq”, - o deyib.
M.Çavuşoğlu isə bildirib ki, Türkiyə, İran və Azərbaycan rəhbərliyinin üçtərəfli görüşləri olacaq: “Bu toplantıların xarici işlər nazirləri və liderlər səviyyəsində keçirilməsi üçün hazırlıqlara başlamışıq”.