Azərbaycan və Böyük Britaniya arasında qanunsuz miqrasiyaya qarşı mübarizə müzakirə olunub.
“Report” xəbər verir ki, bunu Britaniyann Bakıdakı səfiri Fergus Auld tviterdə yazıb.
O bildirib ki, mayın 12-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə görüşüb: “Qanuni və qeyri-qanuni miqrasiya prosesinin idarəetməsi ilə bağlı bəzi çətinlikləri müzakirə etdik”, - diplomat bildirib.