Azərbaycan və Əlcəzair XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Əlcəzair XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENİLƏNİB Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb.
Xarici siyasət
19 Yanvar , 2024 17:18
Azərbaycan və Əlcəzair XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Görüşdə, iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

Son dövrlərdə Azərbaycan və Əlcəzair arasında qarşılıqlı təmasların artımının müşahidə olunduğunu məmnunluqla qeyd olunub.

Ölkələrimiz arasında müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğu, mövcud imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr platformasının əhəmiyyəti qeyd edilib.

Nazir Əhməd Attaf, Azərbaycanın 4 il müddətində QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın dirçəldilməsində vacib rol oynadığını diqqətə çatdıraraq, göstərilən səylərə görə Azərbaycan tərəfinə təşəkkür edib. Əlcəzair ilə Azərbaycan arasında xüsusilə regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı təmasların daha da artırılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmin əsas mövzusu olub.

Son xəbərlər

Orphus sistemi