Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının ilk iclasının vaxtı və yeri açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Komissiyanın ilk iclası mayın 16-17-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Qeyd edək ki, ötən il noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi Bakı və İrəvan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə ediblər.