"Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək qiymətləndiririk".
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib. Onun bəyanatı İran Xarici İşlər Nazirliyinin
"Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin qarşıya çıxan maneələri dəf etmək üçün hər iki tərəfdə ciddi iradə olması vacibdir", - Abdullahiyan deyib.
İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələri və məsləhətləşmələri davam etdirəcəyini bildirib:
"Bu kontekstdə biz ictimai rəy və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik".