Yaxın vaxtlarda Azərbaycan və İran prezidentləri birgə videokonfrans keçirəcəklər.
“Report” xəbər verir ki, bu barədə İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında bildirib.
O qeyd edib ki, hər iki ölkənin nazirlərinin də iştirak edəcəyi görüşdə geniş spektrli məsələlər, o cümlədən iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə ediləcək.
Bundan əlavə, S.A.Musəvi Azərbaycan və İranın 30 ortaq layihəsinin olduğunu, onlardan 14-nün yaxın vaxtlarda həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.