Azərbaycan və Sloveniya Xarici İşlər Nazirlikləri siyasi məsləhətləşmələr aparıb

Azərbaycan və Sloveniya Xarici İşlər Nazirlikləri siyasi məsləhətləşmələr aparıb Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici siyasət
30 İyun , 2021 23:48
Azərbaycan və Sloveniya Xarici İşlər Nazirlikləri siyasi məsləhətləşmələr aparıb

Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Sloveniya nümayəndə heyətinə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Müdirliyinin Baş direktoru Jernej Müller rəhbərlik edib.

Məsləhətləşmələrdə ikitərəfli siyasi və iqtisadi-ticarət əməkdaşlığının, miqrasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Sloveniya tərəfinə münaqişə sonrası regional vəziyyət barədə məlumat verilib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minalanmış ərazilərin təmizlənməsindən bəhs edilib.

Tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi