Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilib - YENİLƏNİB Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda Konfrans keçirilir.
Xarici siyasət
10 İyul , 2023 17:46
Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilib - YENİLƏNİB

"Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı” mövzusunda konfrans keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, konfransda Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.

Çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın əhəmiyyətindən bəhs edib.

Həmçinin konfrans zamanı Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, o cümlədən digər mötəbər qonaqlar çıxışlar edib.

Nümayəndə heyətinin səfəri davam edir.

11.52

"Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı" mövzusunda konfrans keçirilir.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, konfransda Azərbaycanın Baş prokuror Kamran Əliyev, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Ali Məhkəməsinin sədri, Mehmet Akarca, Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Muxtar Respublikanın Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və Ali Məhkəməsinin sədri, prokurorluq əməkdaşları və digər rəsmi şəxslər iştirak edir.

Son xəbərlər

Orphus sistemi