Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin dövlət xarici işlər naziri Kenci Yamada ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin tviter səhifəsində paylaşım edilib.
Görüş zamanı dövlətlər arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə olunub.
"Səfir İsmayılzadə Yaponiyanın dövlət xarici işlər naziri Kenci Yamada ilə görüşüb və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb. Tərəflər ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər", - paylaşımda deyilir.