Azərbaycan Xarici İşlər Nazirliyi Perm Dövlət Universitetinə silahlı hücumla bağlı Rusiyaya başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.
“Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, -XİN-in paylaşımında deyilir.
Xatırladaq ki, Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Atəş açan şəxsin tələbə olduğu bildirilir. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Saxlanma zamanı o, müqavimət göstərib və yaralanıb.