Azərbaycan XİN beynəlxalq təşkilatları Ermənistanın əsirlərə qarşı zorakılığına lazımi qiymət verməyə çağırıb

Azərbaycan XİN beynəlxalq təşkilatları Ermənistanın əsirlərə qarşı zorakılığına lazımi qiymət verməyə çağırıb Beynəlxalq təşkilatlar Ermənistanın əsirlərə qarşı nümayiş etdirdiyi zorakılığa lazımi qiymət verməlidir
Xarici siyasət
13 Aprel , 2023 19:09
Azərbaycan XİN beynəlxalq təşkilatları Ermənistanın əsirlərə qarşı zorakılığına lazımi qiymət verməyə çağırıb

Beynəlxalq təşkilatlar Ermənistanın əsirlərə qarşı nümayiş etdirdiyi zorakılığa lazımi qiymət verməlidir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir.

Son xəbərlər

Orphus sistemi