Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını milli bayram – Kralın Təvəllüd Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
“Əlahəzrət Kralın rəsmi doğum günü münasibətilə Birləşmiş Krallığın hökumətinə və xalqına ən səmimi arzularımızı çatdırırıq! Biz uzunmüddətli əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik, Milli Bayramınız Mübarək!”, - paylaşımda qeyd edilib.