Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsindəki paylaşımında deyilir.
“Braziliyaya Müstəqillik Günü ilə əlaqədar səmimi təbriklərimizi çatdırır və bu əlamətdar gün münasibətilə uğurlar və çiçəklənmə arzu edirik. Müstəqillik Günün mübarək, Braziliya!”, - paylaşımda bildirilir.
Xatırladaq ki, Braziliyada Müstəqillik Günü 1822-ci il sentyabrın 7-dən etibarən hər il qeyd olunur. Həmin gün ölkə Portuqaliyadan ayrılaraq müstəqillik əldə etmişdir.