Azərbaycanın Xarici İşlər Nazirliyi Hayber-Paxtunhva vilayətində baş vermiş daşqın nəticəsində 20 nəfərin ölümü ilə bağlı Pakistana başsağlığı verib.
“Report”un xəbərinə görə, başsağlığı mətni nazirliyin tviter səhifəsində paylaşılıb.
“Pakistanın Hayber-Paxtunhva vilayətində baş vermiş daşqın nəticəsində 20 nəfərin ölümü ilə bağlı xəbər bizi kədərləndirdi. Musson yağışları və sel nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı diləyir, xəsarət alanların tez bir zamanda sağalmasını arzulayırıq” - başsağlığında qeyd olunub.