Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.
"Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün Pakistanda sərnişin avtobusuna hücum nəticəsində 28 nəfər ölüb, 30 nəfər yaralanıb.
We are shocked by the tragic news of the armed attack on civilians in Kurram area, #Pakistan, which resulted in many deaths and injuries.
We express heartfelt condolences to the families of victims, and the government of Pakistan over this appalling attack.@ForeignOfficePk