Azərbaycan Xarici İşlər Nazirliyi Rumıniyanı Milli Bayram Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bununla əlaqədar nazirliyin tviter səhifəsində paylaşım edilib.
“Milli Bayram Günü münasibətilə Rumıniya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Bayram Gününüz mübarək, Rumıniya”, - təbrikdə bildirilib.
Qeyd edək ki, dekabrın 1-i Rumıniya və Transilvaniyanın birləşməsi - çağdaş Rumıniyanın yaranması günüdür.