Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində məlumat verilib.
“Müstəqilliyinin 30-cu ildönümündə Şimali Makedoniyanı səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Müstəqillik Günün mübarək, Şimali Makedoniya!”, - məlumatda qeyd edilib.
XİN həmçinin Andorranın Milli Günü münasibətilə paylaşım edib: “Andorranın Milli Gününü səmimi qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Milli Günün Mübarək, Andorra!”.