Ötən il üçün Azərbaycanda daimi yaşamaq üçün icazəsi olan əcnəbilərin sayı açıqlanıb.
“Report” xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında həmin şəxslərin sayında 43.6 %-lik artım olduğunu deyib.
Onun sözlərinə görə, keçən il üçün 2 397 nəfər daimi yaşamaq icazəsı alıb: “İcazə alanlar arasında ən çox Gürcüstan vətəndaşları üstünlük təşkil edib. İş icazəsinə gəlincə, bu rəqəm keçən il üçün 7 575 olub. Bu göstəricidə isə 43,2 % artım olub. Qarabağda quruculuq işləri ilə bağlı əcnəbilərin əməyinə üstünlük verilir”.