Azərbaycanın Respublika Günü Yunanıstan mediasında

Azərbaycanın Respublika Günü Yunanıstan mediasında “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə Yunanıstanın “Karfitsa.gr” xəbər saytında 28 May - Respublika Günü ilə bağlı məqalə yayımlanıb.
Xarici siyasət
30 May , 2021 19:45
Azərbaycanın Respublika Günü Yunanıstan mediasında

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə Yunanıstanın “Karfitsa.gr” xəbər saytında 28 May - Respublika Günü ilə bağlı məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, məqalədə qeyd edilir ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

Müəllif bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisidir. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Son xəbərlər

Orphus sistemi