Azərbaycanın Rusiyadakı səfirliyi sosial şəbəkələrdə yayılan saxta video ilə bağlı tədbir görəcək

Azərbaycanın Rusiyadakı səfirliyi sosial şəbəkələrdə yayılan saxta video ilə bağlı tədbir görəcək Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından özünü pis hiss etməsi ilə bağlı yayılan videomüraciət həqiiqəti əks etdirmir. Bu video ilə bağlı tədbir görüləcək.
Xarici siyasət
17 İyul , 2024 18:17
Azərbaycanın Rusiyadakı səfirliyi sosial şəbəkələrdə yayılan saxta video ilə bağlı tədbir görəcək

Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı yayılan videomüraciət həqiqəti əks etdirmir. Bu video ilə bağlı tədbir görüləcək.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasından məlumat verilib.

“Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir”,- səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi