Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyası qarşıya qoyduğu məqsədə çatacaq

Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyası qarşıya qoyduğu məqsədə çatacaq Asiya Parlament Assambleyası (APA) Azərbaycanın sədrliyi ilə öz məqsədlərinə nail olacaq.
Xarici siyasət
22 Fevral , 2024 16:58
Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyası qarşıya qoyduğu məqsədə çatacaq

Asiya Parlament Assambleyası (APA) Azərbaycanın sədrliyi ilə öz məqsədlərinə nail olacaq.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Parlamentarilər Konqresinin (BPK) baş katibi Sitarə Ayaz deyib.

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini nəzərə alaraq, onun sədrliyi ilə APA-da qarşıya qoyulan məqsədlərə nail olunacağına artıq əminəm. İnanırıq ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova yaxşı iş görəcək”, - o bildirib.

Baş katib Asiya üçün əsas problemin iqlim dəyişikliyi olduğunu vurğulayaraq, Azərbaycanın sədrliyi dövründə bu problemə diqqət yetirilməsinin vacibliyini qeyd edib: “Bu, sərhədlərindən asılı olmayaraq bütün region üçün problemdir. Bu problemin həlli istiqamətində addımların atılmasını istəyirik”.

O, Sahibə Qafarovanın sədrliyi altında münaqişələrin mövcud olduğu ölkələrin parlamentariləri görüşlər keçiriləcəyini və onların həlli ilə bağlı müzakirələr aparılacağını bildirib: “Gələcək nəsillərimiz üçün hamımızın dinc cəmiyyətə ehtiyacı var”.

Son xəbərlər

Orphus sistemi