Ankarada Türkiyə səfirlərinin 13-cü konfransı başlayıb

Ankarada Türkiyə səfirlərinin 13-cü konfransı başlayıb Türkiyənin paytaxtı Ankarada Səfirlərin 13-cü Konfransı fəaliyyətə başlayıb
Xarici siyasət
8 Avqust , 2022 11:43
Ankarada Türkiyə səfirlərinin 13-cü konfransı başlayıb

Ankarada Türkiyənin xarici ölkələrdəki səfirləri və digər diplomatik nümayəndəlik rəhbərlərinin 13-cü konfransı başlayıb.

“Report” xəbər verir ki, tədbirdə 282 səfir və diplomatik nümayəndəlik rəhbəri iştirak edir.

Konfransı xarici işlər naziri Mövlud Çavuşoğlu açıb. 

Qeyd edək ki, toplantıdan əvvəl diplomatlar Anıtqəbri ziyarət ediblər. 

Xatırladaq ki, konfransda Türkiyənin xarici siyasətindəki son proseslər müzakirə olunacaq. Həmçinin digər regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.

10:58

Türkiyənin xarici ölkələrdəki səfirləri və digər diplomatik nümayəndəliklərinin rəhbərləri paytaxt Ankarada toplanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu və diplomatlar Anıtqəbirdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

Daha sonra şəhid diplomatların məzarı ziyarət olunub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da ziyarətlərdə iştirak edib.

Qeyd edək ki, bu gün Türkiyədə səfirlərin 13-cü konfransı keçiriləcək. Azərbaycan XİN başçıcı Ceyhun Bayramov da iclasda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi