Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib

Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib.
Xarici siyasət
28 Sentyabr , 2024 03:29
Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Nazir, Azərbaycanın sülh, təhlükəsizlik, inkişaf və iqlim dəyişikliyi kimi qlobal çağırışlarla mübarizəyə verdiyi töhfələr haqqında məlumat verib.

C. Bayramov COP29-a sədrliyi çərçivəsində Azərbaycanın gördüyü işlər, prioritetləri və bütün tərəflərlə inklüzivlik əsasında əməkdaşlığa hazır olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi