Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ukraynalı həmkarı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibliyinə namizəd Vasil Bodnarla görüşüb.
“Report” xəbər verir ki, bu barədə ukraynalı diplomat tvitterdə yazıb.
“Bakıya səfər zamanı Azərbaycan XİN başçısının müavini Mahmud Məmməd-Quliyevlə görüşdüm, QİƏT-in fəaliyyətinin perspektiv istiqamətlərini müzakirə etdik”, - o vurğulayıb.