Azərbaycanla Gürcüstan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Gürcüstan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub Gürcüstanın ədliyyə naziri Rati Breqadze və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.
Xarici siyasət
1 İyul , 2021 17:27
Azərbaycanla Gürcüstan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Rati Breqadze və Faiq Quliyev

Gürcüstanın ədliyyə naziri Rati Breqadze və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazir səfirə rəhbərlik etdiyi dövlət qurumunun prioritetlərini təqdim edib.

Görüşdə hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq və gələcək planlar müzakirə olunub.

F.Quliyev nazirə əməkdaşlığa görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi